“GƏNCLƏRIN SƏSİ RADİOSU” PƏŞƏKAR RADİO JURNALİSTİKA TƏLİMİ ALMAQ VƏ
TƏCRÜBƏ KEÇMƏK İSTƏYƏNLƏR ÜÇÜN KURS ELAN EDİR.
Kurs iki həftə müddətinə peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək. Təlim kursunu müvəffəqiyyətlə bitirmiş iştirakçılar 3 ay müddətində Gənclərin Səsi radiosunda jurnalist kimi təcrübə keçmək şansı əldə edəcəklər.
İştirakçılar peşəkar jurnalistika prinsipləri ilə yanaşı, radio materialların hazırlanması, canlı efirin idarə olunması, radio debatların təşkil olunması, radioda prodüsser işi və s. kimi bilikləri də öyrənəcəklər.
Kurs ödənişsizdir.
İştirak etmək istəyənlər 10 oktyabr 2011 tarixinə qədər CV və maraq məktublarını radio@genclerinsesi.org ünvanına göndərə bilərlər.
“Gənclərin Səsi Radiosu” layihəsi Danimarkanın İnternational Media Support təşkilatının və Azərbaycan Media Mərkəzinin dəstəyi ilə İnformasiya Texnologiyaları, İnternet və Media təşkilatı (İTİM) tərəfindən həyata keçirilir.
Ətraflı məlumat və ya suallarınız üçün:
+994506489371
